BAKU Azərbaycan
16.03 °C

Pərvin Məmmədov “Tokio-2020”-də ilk medalımızı qazanıb

Azərbaycan “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb.

GAZETTE xəbər verir ki, Paralimpiadanın ikinci günündə – avqustun 26-da pauerliftinqçimiz Pərvin Məmmədov nübarizəyə qatılıb. Yarışda 49 kiloqram çəki dərəcəsində mübarizə aparan paralimpiyaçımız 156 kiloqramlıq nəticə göstərək bürünc medala sahib olub.

Yarışın qalibi İordaniya idmançısı Omar Sami Hamadeh Qarada olub. İkinci yeri vyetnanlı Conq Le Van tutub.

Qeyd edək ki, sentyabrın 5-dək davam edəcək “Tokio-2020”-də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda – 36 idmançı təmsil edir. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.