BAKU Azərbaycan
15.03 °C

“Qəbələ” “Neftçi” səfərindən bir xalla qayıdır – VİDEO

Avqustun 15-də futbol üzrə Azərbaycan Premyer Liqasının birinci turuna yekun vurulub.

Gazette.az xəbər verir ki, turun sonuncu görüşündə “Neftçi” komandası “Bakcell Arena”da “Qəbələ”ni qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda qalib müəyyənləşməyib – 2:2.

Bakılıların heyətində Fəhmin Muradbəyli və Voyislav Stankoviç, qəbələlərdə isə İsnik Alimi və Ülvi İsgəndərov fərqləniblər.

“Neftçi” – “Qəbələ” – 2:2
Qollar:
Fəhmin Muradbəyli, 55 (1:0), İsnik Alimi, 67-pen. (1:1), Voislav Stankoviç, 76 (2:1), Ülvi İsgəndərov, 84 (2:2).

Qeyd edək ki, çempionatın 1-ci turunun digər oyunlarında “Səbail” klubu “Sabah”ı 1:0, “Sumqayıt” “Keşlə”ni 2:0 hesabı ilə məğlub edib. “Zirə” – “Qarabağ” oyununda isə qalib müəyyənləşməyib – 1:1.