Alfonso Dominqes ölkəmizə daha bir bürünc medal qazandırdı – Tokio-2020

Boksçumuz Alfonso Dominqes “Tokio-2020” Yay Olimpiya Oyunlarında ölkəmizin aktivinə ikinci bürünc medalı yazdırıb.

Gazette.az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz yarımfinalda Kuba təmsilçisi, Olimpiya və dünya çempionu Arlen Lopez ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə uduzan idmançımız Olimpiadada mübarizəni bürünc medalla başa vurub.

Xatırladaq ki, Olimpiadada mübarizəyə 1/8 final mərhələsindən başlayan A.Dominqes birinci görüşdə özbəkistanlı Dilşodbek Ruzmetova 4:1 hesabı ilə qalib gəlib. İdmançımız yarımfinala vəsiqə uğrunda qarşılaşmada Türkiyə təmsilçisi Bayram Malkanı 5:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Bununla da Azərbaycan boksçularının “Tokio-2020”də mübarizəsi başa çatıb. Olimpiadaya beş idmançı ilə qatılan boks yığmamızın üzvlərindən Tayfur Əliyev (57), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69) və Məhəmməd Abdullayev (+91 kq) “Tokio-2020”ni medalsız başa vurublar.

Azərbaycan millisinin aktivinə digər medalı qadın cüdoçu İrina Kindzerska yazdırıb.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR