BAKU Azərbaycan
17.03 °C

İrina Kindzerska “Tokio-2020”-də yarımfinala yüksəldi – FOTO

Bu gün Tokio Yay Olimpiya Oyunlarında daha iki cüdoçumuz mübarizəyə qoşulub.

Gazette.az xəbər verir ki, qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) ilk görüşündə bosniyalı Larisa Ceric üzərində qələbə qazanaraq 1/4 final mərhələsinə yüksəlib.

Yoluna inamla davam edən cüdoçumuz 1/4 finalda Cənubi Koreya təmsilçisi Mijin Hanı mübarizədən kənarlaşdırmağı bacarıb və yarımfinala vəsiqə əldə edib.

Avropa və dünya çempionatlarının medalçısı olan İrina Kindzerskanın yarımfinaldakı rəqibi yaponiyalı dünya çempionu Akira Sone olacaq.

Bu gün tatami üzərinə çıxan digər cüdoçumuz Uşanqi Kokauri (+100 kq) 1/16 finalda polşalı rəqibinə ipponla qalib gəlsə də növbəti mərhələdə Braziliya təmsilçisi Rafael Silvaya məğlub olaraq olimpiada ilə vidalaşıb.