“Məktəbin dəstəkləyici rəhbərlik modeli” təlimləri başa çatıb

Paytaxtın Xəzər rayonunun ümumi təhsil müəssisələrinin rəhbər və pedaqoji heyəti üçün təşkil olunmuş “Məktəbin dəstəkləyici rəhbərlik modeli” mövzusunda təlimlər başa çatıb.

Təlimlərdə millət vəkili Gülşən Paşayeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, Xəzər rayonunun ümumi təhsil məktəblərinin direktorları, direktor müavinləri və müəllimlər iştirak ediblər.

Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova tərəfindən aparılan təlimlər zamanı iştirakçılara məktəblərdə dəstəkləyici rəhbərlik modelinin tətbiqi, effektiv idarəetmə, pedaqoji kollektivlə sağlam münasibətlərin qurulması, liderlik və motivasiya bacarıqlarının inkişafına dair ətraflı məlumat verilib.

Müzakirə formatında təşkil edilən təlimlərdə iştirakçılara idarəetmədə müasir yanaşmalar, pedaqoji prosesin səmərəli təşkili və məktəbdaxili əməkdaşlığın gücləndirilməsi, həmçinin interaktiv tədris üsulları, şagirdyönümlü təlim strategiyaları barədə praktik nümunələr təqdim olunub, onları maraqlandıran suallara aydınlıq gətirilib.

Təlimlərin yekununda iştirakçılara sertifikatları təqdim edən millət vəkili Gülşən Paşayeva və Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev onlara uğurlar arzulayıb, bu cür maarifləndirici təlimlərin təhsilin keyfiyyətinin yüksəldilməsində xüsusi əhəmiyyət daşıdığını, sağlam məktəb mühitinin yaradılmasında, məktəbdaxili kommunikasiya və motivasiyanın artırılmasında mühüm rol oynadığını diqqətə çatdırıblar.

Qeyd edək ki, təlimlərin keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində idarəetmənin keyfiyyətinin artırılması, rəhbərlik və müəllim heyəti arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də sağlam və səmərəli təhsil mühitinin formalaşdırılmasına xidmət etməkdən ibarətdir.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR