İki direktor müavini təyin edildi

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə iki kollecə təyinatlar olub.

Dövlət Agentliyindən verilən məlumata görə, Əhəd Məmmədov Ağcabədi Pedaqoji Kollecinin, İsmayıl Məmmədov isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Əhəd Məmmədov Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında "İngilis dili müəllimliyi” ixtisası üzrə bakalavr təhsili alıb, magistratura səviyyəsi üzrə təhsilini isə hazırda ADA Universitetində "Təlim və tədrisin təşkili və metodikası” ixtisası üzrə davam etdirir.

O, əmək fəaliyyətinə 2017-ci ildə Bərdə rayon İ.Hümbətov adına Soğanverdilər kənd tam orta məktəbində ingilis dili müəllimi kimi başlayıb, həmçinin Ağdam rayon 93 saylı köçkün tam orta məktəb və Tərtər şəhər Əsəd Məmmədov adına 1 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub. Beynəlxalq Qızıl Xaç Komitəsinin İqtisadi Təhlükəsizlik Proqramında, İndiana Universitetinin Qlobal köçkünlük kontekstində müəllimləri dəstəkləyən layihəsində və müxtəlif illərdə İsveçrə və İordaniyada keçirilən təlimlərdə iştirak edib.

İsmayıl Məmmədov bakalavr təhsilini Bakı Dövlət Universitetində "Regionşünaslıq” ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində "Biznesin təşkili və idarə edilməsi (Maliyyə)” ixtisası üzrə alıb. Müxtəlif illərdə bir neçə özəl şirkətdə və Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun Kadrlar şöbəsinin müdiri vəzifəsində çalışıb. O, son təyinatadək Azərbaycan Dövlət İqtisad Universitetində Karyera planlaşdırılması və inkişafı kafedrasında müəllim kimi fəaliyyət göstərib.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR