Məktəbə ilk addımlar: Şagirdlərdə stresin qarşısını necə almaq olar?

Yeni tədris ilinin başlaması ilə şagirdlərdə sevinc və həyəcanla yanaşı, stres və gərginlik də müşahidə oluna bilər. Stresin qarşısını almaq üçün ilk növbədə onun hansı səbəbdən yarandığını müəyyənləşdirmək lazımdır. Bəzən stresin yalnız neqativ hadisələrdən qaynaqlandığı düşünülür. Lakin əslində müsbət hadisələr də insanda stres yarada bilər. Bu, şagirdin yaşından, xarakterindən və təlimə hazırlıq səviyyəsindən asılı olaraq dəyişir.

Gazette.az  xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında 20 nömrəli məktəb-liseyin psixoloqu Fidan Rzayeva söyləyib. O, tədris ilinin başlaması ilə əlaqədar stresin ən çox məktəbə ilk dəfə qədəm qoyan birinci sinif şagirdlərində müşahidə olunduğunu bildirib. Qeyd edib ki, xüsusilə məktəbəqədər hazırlıq qruplarında iştirak etməyən və gününün böyük hissəsini valideynləri ilə keçirən uşaqlarda yeni mühitə uyğunlaşma daha çətin ola bilər. Bu dövrdə valideynlər övladlarına qarşı daha həssas və diqqətli olmalıdırlar. Çünki məktəbə ilk addımın uşaq üçün necə keçməsi onun sonrakı dövrlərdə məktəbə və təlimə münasibətinə təsir göstərə bilər.

“Nəzərə alaq ki, Daniil Elkoninin yaş dövrləri nəzəriyyəsinə əsasən, uşaqlığın məktəbəqədər dövrü 3–7 yaş aralığını əhatə edir və bu mərhələdə aparıcı fəaliyyət oyundur. Uşaq artıq oyun vərdişinə yiyələnib, lakin təlim fəaliyyətinə hələ tam bələd deyil. Bu nüansı nəzərə almadıqda, uşağa oyun və oyuncaqları tamamilə qadağan edib gününün böyük hissəsini təlimlə məşğul olmağa yönəltmək onda təlimə qarşı aqressiya yarada bilər”, - deyə psixoloq bildirib. O, əlavə edib ki, uşaq təlimin onun üçün nə qədər vacib olduğunu hələ tam anlamır. O, təlimi sevdiyi fəaliyyətin, yəni oyunun əlindən alınması kimi qəbul edə bilər. Bu isə zaman keçdikcə şagirddə təlimə qarşı marağın və sevginin azalmasına səbəb ola bilər. Məhz buna görə hər şeydən əvvəl uşaqda məktəbə və öyrənməyə qarşı müsbət münasibət formalaşdırmaq lazımdır.

“Tədris başlamazdan əvvəl uşağa məktəb, müəllim, sinif yoldaşları və məktəb mühiti haqqında məlumat vermək faydalıdır. Valideyn öz məktəb təcrübələrini də uşaqla bölüşə bilər. Məsələn, məktəbdə başına gələn maraqlı hadisələrdən, qazandığı dostlardan və sevdiyi müəllimlərdən danışmaq uşağın məktəbə olan marağını artıra bilər.

Təlim dövrü başladıqda isə ev tapşırıqlarını uşağa məcburiyyət kimi təqdim etmək əvəzinə, bunu maraqlı və öyrədici fəaliyyətə çevirmək daha məqsədəuyğundur. Eyni zamanda, uşağın gün ərzində müəyyən vaxtını oyun və əyləncəyə ayırmasına imkan yaratmaq lazımdır.

Unutmayaq ki, məktəb uşağın həyatında yalnız dərs və tapşırıqlardan ibarət olmamalıdır. Uşağın məktəbə ilk addımları nə qədər rahat və müsbət keçərsə, onun məktəbə, müəllimə və öyrənməyə münasibəti də bir o qədər sağlam formalaşa bilər”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR