148 nəfər Macarıstanda təhsil hüququ qazanıb

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində (HTP) 2021-2022-ci tədris ili üçün Macarıstan təhsil təqaüd proqramına seçimlər yekunlaşıb.

Təhsil Nazirliyindən Gazette.az-a verilən məlumata görə, Azərbaycan Təhsil Nazirliyi və Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təhsil sahəsindəki əməkdaşlığın nəticəsi olaraq, 148 nəfər Azərbaycan vətəndaşı 2021-2022-ci tədris ili üzrə Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanıb.

Qlobal pandemiyanın təsirləri nəticəsində təhsil müddətləri uzanmış 87 nəfər azərbaycanlının təqaüdlərinin 2021-2022-ci tədris ilində mövcud kvota hesabına davam etdirilməsinə Macarıstan tərəfindən qərar verilib.  

Seçim barədə Macarıstan tərəfindən verilən yekun qərar nəticəsində adıkeçən saziş üzrə 17 nəfər PhD (istənilən maraq dairəsində), 123 nəfər magistratura, 8 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ əldə edib. Onlar iqtisadiyyat, humanitar və sosial, biznes və idarəetmə, mühəndislik, İT, texnologiyalar, turizm, təbiət elmləri və səhiyyə elmləri istiqaməti üzrə təhsil alacaqlar. Təqaüdə layiq görülən tələbələr əsasən “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, “University of Szeged”, “Eötvös Loránd University”, “University of Debrecen”, “University of Pécs” və digər ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar.

Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə 23 noyabr 2020-ci il tarixində elan verilib.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR