Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Ginnesin Rekordlar Kitabı tərəfindən "Dünyanın ən təhlükəli ağacı" elan edilən manşinel ağacı (Hippomane mancinella) Florida və Karib dənizi sahillərində yetişir. İlk baxışdan adi bir meyvə ağacını xatırladan bu növ, tərkibindəki güclü toksinlərə (zəhərlərə) görə dünyanın ən riskli bitkilərindən biri hesab olunur.

Ağacın gövdəsi və budaqlarından ayrılan süd rəngli şirə dəri ilə təmasda olduqda yanıq bənzəri qabarcıqların yaranmasına və ciddi qıcıqlanmaya səbəb olur. Mütəxəssislər xəbərdarlıq edir ki, yağış yağarkən bu ağacın altında daldalanmaq belə böyük risk daşıyır. Çünki yağış damcıları ağacın şirəsindəki toksik maddələri özü ilə daşıyaraq dəridə kimyəvi yanıqlara yol aça bilir. Ağacın odununu yandırdıqda isə ortaya çıxan tüstü gözlərdə şiddətli qıcıqlanmaya və müvəqqəti görmə itkisinə (korluğa) səbəb olur.

"Ölüm alması" olaraq tanınır
Manşinel ağacının meyvəsi görünüşcə kiçik bir almanı xatırladır. Bu səbəbdən yerli əhali arasında ona "ölüm alması" da deyilir. Meyvənin yeyilməsi ağız və boğazda şiddətli yanma hissi, udqunma çətinliyi, mədə-bağırsaq sistemində ağır fəsadlar yaradır. Bu təhlükəyə görə ağacların bitdiyi ərazilərdə onların gövdələrinə adətən xüsusi xəbərdarlıq nişanları yerləşdirilir.

Ən çox Karib hövzəsi və Floridada yayılıb
Manşinel ağacı əsasən Floridanın cənub sahillərində və Karib adalarında, həmçinin Baham adaları, Meksika, Beliz, Honduras, Kosta-Rika, Panama, Kolumbiya və Venesuelanın bəzi sahilyanı bölgələrində təbii olaraq bitir. Adətən dəniz kənarlarında və manqrov meşələrinin yaxınlığında görünən bu növ, duzlu mühitə dözümlülüyü sayəsində sahil zolağında rahatlıqla inkişaf edə bilir.

Bütün təhlükələrinə baxmayaraq, manşinel ağacı sahilyanı ekosistem üçün mühüm rol oynayır:

Torpaq yuyulmasının qarşısını alır: Güclü kök sistemi sayəsində sahil eroziyasını azaldır.

Təbii sipər yaradır: Sahil zolağında güclü küləklərin qarşısını kəsən bir sədd rolunu oynayır.

Florida ştatında qorunan növlər siyahısına daxil edilən manşinel ağacı, mütəxəssislər tərəfindən yaxınlaşılması təhlükəli, lakin təbii yaşam üçün böyük əhəmiyyətə malik bitkilərdən biri kimi qiymətləndirilir.(milli.az)

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR