BAKU Azərbaycan
21.03 °C

Temperatur 4-7 dərəcə aşağı düşəcək – Hava xəbərdarlığı

Oktyabrın 25-i axşamdan 27-si gündüzədək arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 26-sı və 27-də gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 23-28 metr/saniyəyə çatacaq, oktyabrın 26-da yarımadanın bəzi yerlərində arabir saniyədə 30-32 metrədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° enəcək.

Oktyabrın 25-i axşamdan oktyabrın 27-si axşamadək ölkə ərazisində hava şəraitin qeyri sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 25-30 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° enəcək.