Altıağac Milli Parkında “açıq qapı” günü keçiriləcək

Altıağac Milli Parkının yaranması günü ilə əlaqədar avqustun 31-də milli parkda “açıq qapı” günü keçiriləcək və ziyarətçilər giriş haqqından azad olunacaq.

GAZETTE xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.

“Xızı və Siyəzən rayonlarının ərazisində, Böyük Qafqazın cənub-şərq yamaclarında yerləşən və sıx meşəliklə əhatə olunan Altıağac Milli Parkının səfalı təbiətini görmək, meşə və çəmənliklərdən ibarət zəngin biomüxtəlifliyini seyr etmək istəyən hər kəsi milli parka dəvət edirik. Milli parka səfər edən zaman ziyarətçilər turist marşrutları boyunca unikal təbiət mənzərələrini görə və turistlər üçün ayrılmış piknik yerlərində istirahət edə bilərlər”.

A.Səmədova havaların isti keçməsi ilə əlaqədar ziyarətçilərdən xahiş edib ki, təbiət qoynunda olarkən mütləq yanğın təhlükəsizliyi qaydalarına əməl etsinlər, piknik yerlərində ocaq qalamasınlar, söndürülməmiş siqaret kötüyünü ətrafa atmasınlar.

Xidmət rəsmisi ziyarətçilərə hazır yeməklərdən istifadə etmələrini tövsiyə edib.

Qeyd edək, Altıağac Milli Parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2004-cü il 31 avqust tarixli Sərəncamı ilə yaradılıb.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR