BAKU Azərbaycan
14.03 °C

Sentyabrın 1-dən balıq ovlamağa icazə veriləcək

Balıqların kürüləmə dövrü ilə əlaqədar 1 may 2021-ci il tarixindən balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-də bitir.

GAZETTE xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova məlumat verib.

Onun sözlərinə görə, sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşlar ov qaydaları ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsində (eco.gov.az) tanış ola bilərlər.