BAKU Azərbaycan
20.03 °C

Sabah 40 dərəcə isti olacaq, dolu düşəcək – Hava proqnozu

Azərbaycanda avqustun 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən GAZETTE-yə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 24-27°, gündüz 35-38°, bəzi yerlərdə 39° isti, Bakıda gecə 25-27°, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 % təşkil edəcək.

Abşeron çimərliklərində şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 27-28°, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda isə 28-29° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı ehtimal edilir.