BAKU Azərbaycan
17.03 °C

12 Avqust – Xəzər Günüdür

12 Avqust – Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür.
Gazette.az xəbər verir ki, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanmışdır.
İmzalanaraq təsdiq olunduğu şəhərin adı ilə “Tehran Konvensiyası” kimi də tanınan bu saziş beş Xəzəryanı dövlətlər tərəfindən ratifikasiya olunduqdan sonra 2006-cı il avqustun 12-də qüvvəyə minmiş və sonradan bu tarix “Xəzər günü” kimi qeyd edilməyə başlanmışdır.
“Xəzər günü”nün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, dənizin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi, həmçinin bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.