BAKU Azərbaycan
17.03 °C

Avqustun 7-də bəzi yerlərdə 42° isti olacaq

ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən Gazette.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 24-27°, gündüz 35-39° isti, Bakıda gecə 25-27°, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 755 millimetr civə sütunu, nisbi rütubət 60-65, gündüz 25-30 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 7-də hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 21-26°, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21°, gündüz 28-33° isti olacağı ehtimal edilir.

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27°, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28° isti olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, Abşeron yarımadasında isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir.