İraqda 400 kq qızıl və 175 milyon dollar müsadirə edilib

İraq hüquq-mühafizə orqanları ölkənin neft nazirinin müavini Adnan əl-Cümeylinin əli olduğu korrupsiya işlərinin istintaqı çərçivəsində təxminən 175 milyon dollar və 400 kq qızıl müsadirə edib.

Bu barədə İraqın Ali Məhkəmə Şurasının bəyanatında deyilir.

"Bu günə olan məlumata görə, əl-Cümeylinin işi üzrə 213 milyard dinar (təxminən 162,5 milyon dollar) və nağd şəkildə 12 milyon dollar müsadirə olunub. İstintaq çərçivəsində, həmçinin ölkənin müxtəlif vilayətlərindəki gizli yerlərdə saxlanılan 400 kq qızıl da aşkarlanıb", - qurumdan bildirilib.

INA agentliyinin məlumatına görə, istintaq orqanları əl-Cümeyli və onunla əlaqəli şəxslərin işi üzrə daha 27 milyard dinarın (20,5 milyon dollardan bir qədər çox) müsadirə edildiyini bildiriblər.

İyunun sonunda İraqda korrupsiya ittihamı ilə 47 yüksəkvəzifəli məmur və deputat saxlanılıb. Hüquq-mühafizə orqanları məmurların həbsi üçün daha 200 order verib. Elə həmin vaxt İraq hakimiyyəti bu iş üzrə kampaniyanın davam etdiyini və tezliklə neft və elektrik enerjisi nazirliklərindəki korrupsiya ilə əlaqəli yeni adların açıqlanacağını bildirib.(report)

SON XƏBƏRLƏR

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

BÜTÜN XƏBƏRLƏR