Beynəlxalq Cinayət Məhkəməsi Ukraynadakı vəziyyətlə bağlı araşdırmaya başlayıb

Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Ukraynadakı vəziyyətlə bağlı rəsmi araşdırmaya başlayıb.

Gazette Az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin feysbuk səhifəsində məlumat verilib.

Bildirilib ki, Rusiyanın Ukraynaya qarşı təcavüzünün səbəbsiz şəkildə artması ilə yanaşı, ölkə ərazisində hərbi cinayətləri də davam edir: “Krım və Donbasdakı vəziyyətlə yanaşı, işğalçı qoşunun hərbi və insanlığa qarşı cinayətlər törətməkdə davam etdiyi iddiasını irəli sürməyə əsaslar var.

Nazirlik qeyd edib ki, Ukrayna Roma Statutunun iştirakçısı olmasa da, əvvəllər verilmiş ərizələr əsasında onun “ad hoc” (müyyənetmə) yurisdiksiyasını tanıyıb: “Ukrayna Beynəlxalq Cinayət Məhkəməsinə iki ərizə verib. Birincisi, 2013-cü il noyabrın 21-dən və 2014-cü il fevralın 22-dək Ukraynada baş verən hadisələrə, ikincisi isə 2014-cü il fevralın 20-dən törədilmiş cinayətlərin davam etməsi ilə bağlıdır. Bu, iki ərizənin təhlili prokurorluğa müharibə cinayətləri və insanlığa qarşı cinayətlər iddia etmək üçün hər cür əsas verir. Rusiyanın ali hərbi-siyasi rəhbərliyi Beynəlxalq Cinayət Məhkəməsi qarşısında çıxış etməyə və törədilmiş hər bir cinayətə görə cavab verməyə məcbur olacaq. Bu, XXI əsrin Nürnberq məhkəməsi olacaq”.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi Roma Statutu əsasında 1998-ci ildə qəbul edilib. Qurum 2002-ci il iyulun 1-də rəsmi fəaliyyətə başlayıb. Bu, ilk daimi beynəlxalq cinayət təşkilatıdır. Məhkəmə soyqırımı, hərbi, insanlığa qarşı cinayətləri və təcavüzü araşdırır. Məhkəmənin ofisi Haaqada yerləşir. O, BMT-nin strukturuna daxil olmasa da, qurumun Təhlükəsizlik Şurasının təqdimatı ilə cinayət işi aça bilər. Bu baxımdan onu BMT-nin Beynəlxalq Məhkəməsi ilə qarışdırmaq düz deyil.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR