BAKU Azərbaycan
17.03 °C

Polisi etirazçıları musiqi ilə sakitləşdirdi

Yeni Zelandiya polisi Vellinqtonda parlament binası qarşısında toplaşan etirazçıların səsini boğmaq üçün populyar musiqilər səsləndirib.

Gazetteaz oxu.az-a istinadən xəbər verir ki, nümayişçilər fevralın 8-dən başlayaraq məcburi vaksinasiyaya qarşı etiraz edirlər.

Polis əvvəlcə onların düşərgə qurduqları qazona su çiləyərək etirazçıları dağıtmağa çalışıb. Lakin etirazçılar səngərlər qazıb və suyun istiqamətini dəyişdirmək üçün müvəqqəti drenajlar düzəldiblər.

Bundan sonra o, etirazçıların səsini boğmaq və onları dağıtmaq üçün səsgücləndiricilər vasitəsilə musiqi səsləndirilib.

Bu dəfə də plisin səyləri nəticə verməyib. Etirazçılar digər mahnılarını oxumaqla onlara cavab verib və dağılışmaqdan imtina ediblər.