Növbəti pandemiyanın qarşısını necə almaq olar? - Bill Qeyts bununla bağlı kitab yazdı

Microsoft şirkətinin qurucusu, milyarder Bill Qeyts "növbəti pandemiyanın qarşısını necə almalı?" adlı kitab yazıb.

Gazetteaz xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi yayıb.

"Mən COVID-19-u yarandığı gündən izləyirəm, Qeyts Fondunun ekspertləri, daha ədalətli reaksiyanın tərəfdarı olan və onilliklər ərzində yoluxucu xəstəliklərlə mübarizə aparan kənar mütəxəssislərlə işləyirəm.

Bu iş zamanı mən pandemiya və növbəti pandemiyadan necə qorunmaq barədə çox şey öyrəndim və bu bilikləri insanlarla bölüşmək istəyirəm. Buna görə də, pandemiyadan daha heç kimin əziyyət çəkməməsinə necə əmin ola biləcəyimiz haqqında kitab yazmağa başladım", deyə agentlik Qeytsin şəxsi bloq yazısından sitat gətirib.

Sahibkarın sözlərinə görə, mayın 3-də işıq üzü görəcək kitabda o, bəşəriyyətin koronavirus pandemiyasından öyrənə biləcəyi dərslərdən, insanların həyatını xilas etmək üçün lazım olan yeniliklərdən, virusun yayılmasının vaxtında qarşısını almaq üçün istifadə olunan vasitələrdən bəhs edir. 

Bundan əlavə, Qeyts ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi və Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus ilə söhbətlərindən yazıb.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR