Ermənistan parlamentində əlbəyaxa dava olub – VİDEO

Ermənistan parlamentinin avqustun 24-də keçirilən iclasında müxalifət fraksiyasını təmsil edən deputatlarla qanunverici orqanın təhlükəsizlik xidmətinin əməkdaşları arasında əlbəyaxa dava olub.

GAZETTE xəbər verir ki, buna səbəb müxalif deputat Anna Mkrtçyan Baş nazir Nikol Paşinyana sual verərkən hökumət başçısını sərt tənqid edərək “kapitulyant” kimi xoşagəlməz ifadələr işlətməsi olub.

Parlamentin sədri Alen Simoyan əvvəlcə Anna Mkrtçyanın mikrofonunu söndürüb və sonra onu iclas zalından çıxarmaq barədə təhlükəsizlik xidmətinə tapşırıq verib. Müxalif deputatlar buna etiraz edərək, A.Mkrtçyanı əhatəyə almaqla onun zaldan çıxarılmasına imkan verməyiblər. Mübahisəyə iqtidar deputatları da qoşulub və fiziki qarşıdurma yaşanıb.

Qarşıdurma zamanı müxalif deputatların “Nikol, sən satqınsan”, “Nikol, hakimiyyəti tərk et” kimi şüarlar səsləndirdikləri də eşidilib.

Dava zamanı bir neçə deputat xəsarət alıb.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR