“Qadın kimi xoşbəxt olmadım” deyib, ağladı


“Ürəyimdən gəldi, demək istədim. Ömrümün yarı hissəsini geridə qoyuram. Sevən, sevməyən hər kəs var olsun. Bu il çox insanda yanıldım, çoxu isə gözləmədiyim qədər doğmama çevrildi”.

Bu sözləri aparıcı Zümrüd Bədəlova sosial şəbəkə hesabında yazıb. Ad günü olan aparıcı yeni yaşı ilə bağlı arzularını bölüşüb.

“Yaşadığım hər günə görə şükürlər olsun. Təkliyimlə, hüzur dolu anlardan zövq alacaq yaşdayam. Bu il möcüzələrin yaşanacağı il olsun. Sağlıq, ruzi və əzizlərimlə birlikdə ‘qalan yarı hissəni’ yaşamağın zamanıdır. Sizi sevirəm. Sentyabrda həm yeni mövsümün, həm də yeni yaşımın böyük gecəsində görüşənədək” deyə, Z.Bədəlova qeyd edib.

Aparıcı daha sonra qadın kimi xoşbəxtlik yaşamadığını deyərək kövrəlib:

“Bu il ad günü videosu çəkmək istəmədim. Bu gün istəyirəm ki, yeni yaşımda Allaha şükrümü sənin hüzurunda bildirim. Onsuz da hər gün o şükrü edirəm. Sağlam olduğuma, yaşadığıma, yanımda balamın olduğuna, ailəm, əzizlərim, sevdiklərim yanımda olduğuna görə minlərlə, milyonlarla şükür olsun, Allahım.

Ola bilər ki, qadın kimi, bir xanım kimi heç vaxt xoşbəxt olmadım. Amma o xoşbəxtliyi mən içimdə, balamda gördüm. Ona görə də bu yeni yaşımda Allahdan ancaq onun sağlığını və bir də valideynlərimin, doğmalarımın yanımda, sağlam olmasını arzu edirəm”.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR