Yataq xəstəsi olan anasına təcavüz etdi - Azərbaycanda DƏHŞƏT

Azərbaycan rayonlarının birində yataq xəstəsi olan 74 yaşlı anasına qarşı seksual xarakterli zorakı hərəkətlər edən 1979-cu il təvəllüdlü Balabehbud Cəfərsoltanovun (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.

Gazette.az Xitab24.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 133.2.4, 133.2.6, 150.2.4 və 150.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, Balabehbud kömək istəməsinə, ondan aman diləməsinə baxmayaraq, valideynini şalvarının kəməri ilə döyüb, ona qarşı əzab və iztirab verib.

Məhkəmədə oğul anasına qarşı etdiyi əməlləri boynuna alıb, əlavə ifadə verməkdən imtina edib. Təqsirləndirilən şəxs ilkin istintaq ifadəsində əxlaqsız əməlini  “GO” adlı spirtli içkinin təsiri altında törətdiyini bildirib.

Balabehbudun ayaqları işləmədiyi üçün iki ildir yataq xəstəsi olan anasına qarşı etdiyi təcazvüzü onun həyat yoldaşı videoya çəkib. Təqsirləndirilən şəxsin arvadı ərinin hərəkətlərinə son qoyulması üçün videonu zərərçəkmişin bacısına göndərib.

Sonradan həyatını itirən yaşlı qadının hüquqi varisi kimi məhkəmədə onun bacısı çıxış edib. O, bacısına qarşı təcavüz edilməsinə baxmayaraq, Balabehbudu bağışladığını bildirib. 

Qeyd edək ki, Balabehbud Cəfərsoltanov anasına qarşı iyrənc əməllərini bir neçə dəfə təkrarlayıb.

SON XƏBƏRLƏR

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

BÜTÜN XƏBƏRLƏR