“ASAN xidmət”ə 100 milyonuncu müraciət qeydə alınıb

10 iyul 2026-cı il tarixində “ASAN xidmət”ə 100 milyonuncu vətəndaş müraciətinin qeydə alınması ilə bağlı tədbir keçirilib.

Bu müraciət 7 saylı Bakı “ASAN xidmət" mərkəzinə yeni doğulmuş (10 gün) vətəndaşımız  İnci Kamallının anası Göyçək Kamalzadə tərəfindən edilib. O, övladı üçün Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən doğumun qeydə alınması xidmətindən yararlanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tərəfindən 100 milyonuncu müraciətin sahibi kimi Göyçək Kamalzadəyə ABADçı tərəfindən hazırlanmış simvolik hədiyyə təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan “ASAN xidmət” artıq fəaliyyətinin 13-cü ilini başa vuraraq 14-cü ilinə qədəm qoyur. Bu müddət ərzində xidmət modeli vətəndaş məmnunluğu, şəffaflıq, operativlik və innovativ yanaşma prinsipləri əsasında fəaliyyət göstərir. 

“ASAN xidmət” mərkəzlərində ümumilikdə 400-yaxın xidmət göstərilir.
 
Bununla yanaşı, “ASAN xidmət” modeli beynəlxalq səviyyədə də böyük maraq doğurur və bu günədək 35-dən çox ölkəyə ixrac edilərək dövlət xidmətlərinin təşkili sahəsində Azərbaycanın uğurlu təcrübəsi kimi paylaşılır.

Artıq “ASAN xidmət” mərkəzlərinə 9 milyon 193 mindən çox vətəndaşın 100 milyondan çox müraciəti daxil olub.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR