Sükan arxasında yuxusuz sürücü real təhlükə mənbəyidir

İyunun 25-i saat 07:00 radələrində, Bakı-Qazax avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində əcnəbi vətəndaşın idarə etdiyi “MAN” markalı yük avtomobili qarşıda gedən Mehman İbrahimovun idarə etdiyi “VAZ” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən M.İbrahimov idarəetməni itirərək yolun hərəkət hissəsindən çıxıb.

Həmin avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində isə Vahid Allahverdiyevin idarə etdiyi “Kamaz” markalı qoşqulu yük avtomobili yoldan çıxaraq su kanalına aşıb.

Xoşbəxtlikdən insan itkisinin qeydə alınmadığı sözügedən yol-nəqliyyat hadisələrinin baş vermə səbəbləri içərisində sürücülərin diqqətinin yoldan yayınması ehtimalı yüksəkdir.

Belə ki, bu xüsusda aparılan təhlillərə görə eyni istiqamətdə, eyni zolaqda hərəkət edən nəqliyyat vasitələrinin toqquşması və ya avtomobilin heç bir əsaslı səbəb olmadan yolun hərəkət hissəsindən kənara çıxması sürücülərin yorğun, yuxusuz, yaxud idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə aludə olması faktı ilə birbaşa bağlıdır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları avtomobil idarə edərəkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına  biganə yanaşmamağa çağırır.

Dəyərli sürücülərimiz, hər birimiz qəzanın bir anda baş verdiyinin fərqindəyik. Lakin unutmayaq ki, həmin zaman kəsiyinin boşluğuna yuvarlanmamaq üçün sükan arxasında ayıq-sayıq olmaq mühüm şərtdir!

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR