İsa Həbibbəylinin oğlu ilə bağlı sərəncam imzalandı - DOSYE

Prezident İlham Əliyevin iyunun 23-də imzaladığı sərəncamla təltif olunan dövlət qulluqçuları arasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyilinin oğlu Ərəstü Həbibbəyli də var.

O, dövlət qulluğundakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb.

Qeyd edək ki, Ərəstü İsa oğlu Həbibbəyli 1980-ci ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhərində 12 saylı orta məktəbi bitirdikdən sonra 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr, 2001-2003-cü illərdə isə magistr pillələrində təhsilini davam etdirib.

2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda beynəlxalq iqtisadi münasibətlər üzrə aspiranturada təhsil alıb. 2006-cı ildə “Azərbaycan Respublikasının Böyük Britaniya ilə xarici əlaqələrinin əsas istiqamətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

2002-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində, 2007-2015-ci illərdə Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsində, 2015-2018-ci illərdə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini olub.

2018-ci ildə Baş nazirin Katibliyinin rəisi, 2024-cü ildə isə Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.

Ailəlidir, üç övladı var.

Mürtəza

SON XƏBƏRLƏR

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

BÜTÜN XƏBƏRLƏR