“ASAN xidmət”in DİM 16 üzrə əhəmiyyəti BMT-də müzakirə edilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında Dayanıqlı İnkişaf Məqsədi 16 (DİM 16) üzrə Konfrans keçirilib. 

İtaliyanın BMT yanında Daimi Nümayəndəliyi, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti və Beynəlxalq İnkişaf Hüququ Təşkilatı tərəfindən birgə təşkil olunan Konfrans “Dayanıqlı inkişaf naminə transformasiya və əlaqələndirilmiş fəaliyyət” mövzusuna həsr olunub.

2019-cu ildən etibarən keçirilən və DİM 16-nın icrasının təşviqi, qabaqcıl təcrübələrin paylaşılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma hesab edilən Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edib.

O,  ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vətəndaşyönümlü dövlət idarəçiliyi istiqamətində həyata keçirilən islahatlar, şəffaf, əlçatan və inklüziv dövlət xidmətlərinin təşkili sahəsində əldə olunan nailiyyətləri, eləcə də “ASAN xidmət” modelinin DİM 16-nın hədəflərinin həyata keçirilməsindəki əhəmiyyətli rolunu vurğulayıb.

Bildirilib ki, “ASAN xidmət” modeli dövlət xidmətlərinin göstərilməsində şəffaflığın və hesabatlılığın təmin olunmasına, vətəndaş məmnunluğunun və institusional səmərəliliyin artırılmasına xidmət etməklə, güclü institutların formalaşdırılması və inklüziv cəmiyyətin qurulması istiqamətində mühüm töhfələr verir. 

Konfransda BMT Baş katibinin müavini, BMT Baş Assambleyasının 80-ci sessiyasının Prezidenti, BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini, BMT-nin İqtisadi və Sosial Şurasının Prezidenti, İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini, Beynəlxalq İnkişaf Hüququ Təşkilatının Baş direktoru, eləcə də müxtəlif ölkələrin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri və akademik dairələrin nümayəndələri iştirak ediblər.

Səfər çərçivəsində İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini və Keniyanın Dövlət xidməti, insan kapitalının inkişafı və xüsusi proqramlar üzrə naziri ilə görüşlər keçirilib.

Görüşlər zamanı “ASAN xidmət” təcrübəsi barədə geniş təqdimat edilib, həmçinin əməkdaşlıq perspektivləri müzakirə olunub. 

Nyu-Yorka səfər zamanı baş tutmuş tədbir və görüşlərdə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Tofiq Musayev də iştirak edib.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR