BMT “ASAN xidmət”in daha geniş miqyasda təşviqində maraqlıdır

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti “DİM 16” üzrə Konfransda iştirak məqsədilə Nyu-Yorkda səfərdədir. Səfər Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavininin, İtaliyanın BMT yanında daimi nümayəndəsinin və Beynəlxalq İnkişaf Hüququ Təşkilatının Baş direktorunun dəvəti əsasında baş tutur.

BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua ilə görüş zamanı 2024-cü ildə Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında imzalanmış Töhfə Sazişinin icrası çərçivəsində həyata keçirilmiş fəaliyyətlərdən söz açılıb. Eləcə də Azərbaycan tərəfinin dəstəyi ilə “ASAN xidmət” təcrübəsi əsasında ən az inkişaf etmiş, dənizə çıxışı olmayan inkişaf etməkdə olan və inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün müvafiq istiqamətlər üzrə potensialın artırılması sahəsində icra olunan və planlaşdırılan layihələr barədə müzakirələr aparılıb.

BMT rəsmisi “ASAN xidmət” təcrübəsini nümunəvi model kimi qeyd edib və hazırda müvafiq təcrübənin dünyanın bir sıra ölkələrində tətbiqini təqdirəlayiq hal kimi vurğulayıb. 

O,  dövlət xidmətləri və dövlət idarəçiliyi sahəsində BMT ilə həyata keçirilməkdə olan uğurlu əməkdaşlığa görə Azərbaycan Respublikasına təşəkkürünü bildirib və tərəfdaşlığın daha da genişləndirilməsi istiqamətində tam dəstəyini ifadə edib.

Səfər çərçivəsində Dövlət Agentliyinin sədrinin “DİM 16” üzrə Konfransda çıxışı və xarici ölkələrin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

SON XƏBƏRLƏR

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

BÜTÜN XƏBƏRLƏR