"Ərimin evini kirayə verib, anam verdiyi evdə yaşayırıq"

Müğənni Qumral açıqlamaları ilə sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb.

Sənətçi bildirib ki, kənardan şou-biznes nümayəndələrinin həyatı rahat görünsə də, əslində bu belə deyil. Onun sözlərinə görə, ailə həyatı və gündəlik məsuliyyətlər kifayət qədər çətinlik yaradır: "İlk növbədə anayıq, evimizin xanımıyıq. Mənim işçim də yoxdur, hər şeyi özüm edirəm".

Qumral qazancı ilə bağlı deyilənlərə də aydınlıq gətirib. O qeyd edib ki, "30 min qazanır" kimi fikirlər bəzən şişirdilmiş şəkildə təqdim olunur: "Bu məbləğ ümumi dövriyyədir. Xərcləri çıxanda o qədər də böyük qazanc qalmır. İşlərim çox olanda bu rəqəm olur, az olanda isə o gəlir olmur".

Müğənni həmçinin yaşayış şəraitindən də danışıb. Onun sözlərinə görə, hazırda həyat yoldaşı ilə birlikdə anasının verdiyi evdə yaşayır, daha əvvəl ərə gedəndə köçdüyü və yaşadığı evi isə kirayəyə veriblər.

Açıqlama sosial mediada geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər sənətçinin səmimi etiraflarını anlayışla qarşılayıblar. Buna baxmayaraq, Qumralın fikirləri şou-biznesdə görünən və görünməyən tərəflər barədə yenidən müzakirə açıb. (Olke.az)

SON XƏBƏRLƏR

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

BÜTÜN XƏBƏRLƏR