Məhkəmə-Hüquq Şurasının iclası keçirilib

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

İclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər barədə məlumat verib, qarşıda duran hədəfləri diqqətə çatdırıb.

İclasda Məhkəmə-Hüquq Şurasının Aparatı və işçi qrupları tərəfindən məhkəmə fəaliyyətinə dair hazırlanmış layihələr ətrafında müzakirələr aparılıb, “Azərbaycan Respublikasının məhkəmələrində monitorinqin aparılması qaydaları” layihəsi təsdiq olunub.

Sonra Şuranın üzvü, Mülki və kommersiya işləri üzrə ədalət mühakiməsinin səmərəliyinin təhlilinə dair İşçi qrupun rəhbəri Sənan Hacıyev tərəfindən ölkə məhkəmələrində mülki və kommersiya mübahisələri üzrə icraatı dayandırılmış işlərə dair məlumat təqdim olunub.

Həmçinin Hakimlərin Qiymətləndirilməsi Komitəsinin sədri Əhliman Xıdırov hakimlərin fəaliyyətinin qiymətləndirilməsi barədə Şura üzvlərini məlumatlandırıb.

İclasda kadr məsələlərinə, Hakimlərin Seçki Komitəsinə üzv seçilməsi və intizam icraatı üzrə işlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

SON XƏBƏRLƏR

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

BÜTÜN XƏBƏRLƏR