“Könüllülərin Karyera düşərgəsi” yekunlaşıb - FOTOLAR

Şəki Olimpiya İdman Kompleksində “Könüllülərin Karyera düşərgəsi” keçirilib.

Layihə “ASAN Könüllüləri” Təşkilatının və “ASAN kadr” karyera mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Dövlət Məşğulluq Agentliyinin və “Coca-Cola Azərbaycan”ın dəstəyi ilə həyata keçirilib. 

Məqsəd gənclərin liderlik və peşəkar bacarıqlarının inkişaf etdirilməsi olub.

Düşərgədə bakalavr təhsilinin sonuncu kursunda təhsil alan tələbələr, magistrantlar, qiyabi təhsil alan şəxslər, həmçinin 29 yaşadək ali təhsilli məzun gənclər iştirak ediblər. Beş gün ərzində onlar liderlik, xaricdə təhsil və karyera inkişafı, komanda quruculuğu, CV-nin hazırlanması, müsahibə simulyasiyası, karyera inkişafında süni intellektin rolu və yumşaq bacarıqlar mövzularında peşəkar təlimlərdə iştirak ediblər. Təlimlərlə yanaşı, sosial fəaliyyətlər, komandalararası oyunlar və interaktiv məşğələlər vasitəsilə iştirakçılar həm öyrənib, həm də faydalı ünsiyyət mühitində vaxt keçiriblər.

Bağlanış mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri düşərgənin gənclərin şəxsi və peşəkar inkişafına verdiyi töhfədən bəhs ediblər.

Sonda bütün iştirakçılar sertifikatlarla təltif olunublar.

       

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR