Həmin gün bayram olsa da, işə gedəcəyik

Əmək Məcəlləsinə dəyişiklik edilməsi ilə xeyli yanlış fikirlər tirajlanir. Sahəsinin peşəkarı olmayan şəxslər tərəfindən Əmək Məcəlləsindəki dəyişikliklərlə bağlı izahlar, şərhlər təqdim olunur və ən pisi də insanlar tərəfindən doğru qəbul edilib təşəkkür edilir. 

Bu sözləri İnsan resursları üzrə mütəxəssis, Əmək qanunvericiliyi sahəsində 10 kitab müəllifi Nüsrət Xəlilov deyib. O, mediada yayımlanan doğru bilinən yanlışlardan bəzilərini təqdim edib.

Mütəxəssis bildirib ki, qanunvericiliyə edilən fəyişikliyə əsasən, artıq istehsalat təcrübəsi keçənlərlə mütləq əmək bağlanmalı olduğu ilə bağlı deyilənlər yanlışdır.

O, həmçinin artıq əlavə məzuniyyətlərin cəmlənəcəyi ilə bağlı yazılanların da doğru olmadığını söyləyib. N.Xəlilovun sözlərinə görə, bu, 23 ildir belə idi və mahiyyət dəyişməyib.

“Artıq ümumxalq hüzn günü və səsvermə günü məzuniyyətin təqvim günlərinə daxil edilməyəcəyi  bildirilir. Bu, 32 il idi belə idi. Mahiyyət dəyişməyib, sadəcə Məcəlləyə daxil edilib.

“Artıq məzuniyyətə çıxanda məzuniyyət haqqının aylıq əmək haqqından az olmayacaq”. Yanlışdır. 

“Ezamiyyətə getmək artıq məcburi olacaq”. Əvvəl də məcburi idi, lakin Qanun indi daha dəqiq işçinin vəzifəsi və işəgötürənin hüququ olaraq müəyyən edib. 

“Pedaqoji işçilərə tədris ili ərzində məzuniyyət veriləcək”. Bu, əvvəl də mümkün idi. Lakin, maddədə olan normativ qeyri-müəyyənlik aradan qaldırılıb. 

“Dövlət Suverenliyi Günü (20 Sentyabr) iş günü hesab edilməyəcək”. Yanlışdır, çünki bu gün bayram olsa da, iş günü hesab edilən bayram günüdür”, - deyə o əlavə edib. (olke.az)

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR