Yeni Klinikada “İnklüzivliyin Sirri 6” konfransı baş tutub

Yeni Klinikada ‘Bayraqdar’ İctimai Birliyi və ‘Inclusive Organization Company’nin təşkilatçılığı əsasında inklüziv cəmiyyətin qurulmasına dəstək məqsədilə, 20 Yanvar şəhidlərinə həsr olunmuş ‘İnklüzivliyin Sirri 6’ adlı konfrans baş tutub.

Azərbaycan Respublikası Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatı, Yeni Klinika, “Ümidlə Gəl” xeyriyyə layihəsi, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi  və "Hera" Ailə Naminə İctimai Birliyinin rəsmi tərəfdaşlığı keçirilən konfransda millət vəkilləri, ictimai birlik nümayəndələri, hərbçilər, valideynlər, həmçinin müxtəlif istiqamət üzrə fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış nitqləri ilə Bayraqdar İB-nin sədri, Yeni Klinikanın İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Nərmin Kazımova, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, polkovnik-leytenant Anar Həsənov, “Ümidlə Gəl” xeyriyyə layihəsinin rəhbəri Hacı Quliyev, “Inclusive Organization Company”nin təsisçisi və rəhbəri İbrahim Məmmədov çıxış edərək inklüziv cəmiyyətin formalaşdırılmasının vacibliyini vurğulayıblar.

İki paneldən ibarət olan forumun birinci hissəsində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial İqtisadi Kollecin direktoru Mübariz Hacıbəyov, “Azərbaycan Respublikasının şəhid ailələri, əlilləri və müharibə veteranlarının müdafiəsi” İB-nin sədr müavini Ramin Şirinov, V çağırış Milli Məclisin deputatı, Bakı şəhəri 295 nömrəli tam orta məktəbin direktoru Dilarə Cəbrayılova və Yeni Robotik Reabilitasiya Mərkəzinin əməkdaşı, uzman fizioterapist Nəzrin Əsədli mövzu ətrafında çıxış ediblər.

Valideynlərə həsr olunmuş ikinci panelin rəsmi hissəsində Milli Məclisin deputatı Ceyhun Məmmədov iştirak edib. Paneldə şəhid qızı, Esminur Tədris Mərkəzinin rəhbəri Esmira Hüseynova, Fiziki məhdud şəxslər qrupunun rəhbəri Arzu Mirzəyeva, “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyinin sədri Şəhla Mirzəməmmədova, valideyn Şəfa Eynullayeva, eləcə də sahə üzrə mütəxəssislər – loqoped-defektoloq Nuranə Kazımlı, psixoloq Gültəkin Qocayeva, terapevt Məryəm Həsənova, xüsusi pedaqoq Suğra Quliyeva, inklüziv modelyer Kübra Nuriyyeva inklüziv təhsil, reabilitasiya eləcə də sosial dəstək mexanizmləri ilə bağlı fikir və təcrübələrini bölüşüblər.

İnklüzivliyin təşviqi, cəmiyyətin bütün üzvləri üçün bərabər imkanların yaradılması və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilən konfransda aktual məsələlər səsləndirilib, mövcud problemlərin həlli istiqamətində geniş fikir mübadiləsi aparılıb.

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR