ANAMA yanında İctimai Şura üzvləri ilə 2026-cı ilin ilk görüşü keçirilib

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ANAMA yanında İctimai Şuranın üzvləri ilə görüş keçirib.
 
Görüşdə, ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev, sədr müavini Emil Həsənov, eləcə də üzvləri Musa Mərcanlı, Tural Piriyev, Könül Quliyeva, Hafiz Əzimzadə, Rəşad Mehdiyev iştirak ediblər.
 
Görüş zamanı 2026-cı il üçün planlaşdırılan layihələr, yeni təşəbbüslər və fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirləri, digər aidiyyəti qurumların İctimai Şura üzvləri ilə görüşün keçirilməsi, ölkəmizin üzləşdiyi mina probleminin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində mümkün fəaliyyət imkanları müzakirə edilib.
 
Cari ilin fevral ayında İctimai Şura üzvlərinin Xankəndi şəhərinə, aprel ayında isə Laçın rayonuna səfərlərinin nəzərdə tutulduğu qeyd edilib. Səfər çərçivəsində Agentliyin əməliyyat sahələri, minatəmizləmə fəaliyyətinə cəlb edilən özəl şirkətlərin fəaliyyəti, eləcə də Agentliyin mobil bazaları ilə tanışlıq, köç edən əhali ilə maarifləndirici görüşlərin keçirilməsi planlaşdırılıb.
 
Görüş qarşılıqlı fikir mübadiləsi və təkliflərin dinlənilməsi baxımından səmərəli olub.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR