Neftçalada Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

Azərbaycan xalqının Ümummilli Lideri, müasir dövlətçilik tariximizin memarı, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Neftçala rayonunda böyük ehtiramla anılıb. Rayon ictimaiyyətinin geniş iştirakı ilə keçirilən anım tədbirində Ulu Öndərin dövlətçiliyimizin möhkəmlənməsi və ölkəmizin inkişafı naminə göstərdiyi misilsiz xidmətlər minnətdarlıqla xatırlanıb.

Anım mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, din xadimləri, şəhid ailələri, ağsaqqallar, ziyalılar və yüzlərlə rayon sakini Ulu Öndər Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Anım tədbiri Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan ehsan süfrəsi ilə davam etdirilib.

İlk öncə, Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olan hərbi qulluqçuların əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova və Rayon Ağsaqqallar Şurasının üzvü Əbülfəz Eyvazov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinin möhkəmləndirilməsi, xalqın rifahı və milli inkişaf naminə göstərdiyi tarixi xidmətlər barədə geniş məlumat veriblər. Çıxışlarda qeyd olunub ki, Ulu Öndərin zəngin dövlətçilik irsi, strateji baxışı və uzaqgörən siyasi xətti ölkəmizin inkişafında həlledici rol oynayıb və bu gün də öz aktuallığını qorumaqdadır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Məhz Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda və beynəlxalq aləmdə nüfuz sahibi olan, iqtisadi qüdrətini daim artıran güclü və dinamik inkişaf edən dövlət kimi mövqeyini daha da möhkəmləndirib.

Çıxış edənlər həmçinin bildiriblər ki, 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi, azad edilən ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq işlərinin aparılması, ölkədə həyata keçirilən sistemli islahatlar, sosial rifahın yüksəldilməsi istiqamətində atılan ardıcıl addımlar və milli maraqlara əsaslanan balanslı siyasət Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji yolun uğurla davam etdirildiyini əyani şəkildə sübut edir. Bu dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi hər bir azərbaycanlının müqəddəs vəzifəsidir.

Anım mərasimi ehsan süfrəsinin təşkili ilə davam edib.

1

1

1

1

1

1

SON XƏBƏRLƏR

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

BÜTÜN XƏBƏRLƏR