Azərbaycanla BƏƏ arasında media sahəsində qarşılıqlı fəaliyyət müzakirə edilib

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Bridge” media və məzmun sənayesi sammiti çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Birləşmiş Ərəb Əmirliklərinin Milli Media Bürosunun və Media Şurasının sədri Şeyx Abdulla bin Məhəmməd bin Butti Al Hamed arasında görüş keçirilib.

Gazette.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında media və kommunikasiya sahəsində əməkdaşlığın mövcud vəziyyətinə toxunaraq informasiya və təcrübə mübadiləsinin genişləndirilməsinin, media subyektləri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini qeyd edib. O, sözügedən institusional tərəfdaşlığın gələcəkdə ortaq layihələrin icrasına zəmin yaradacağını və birgə fəaliyyətin səmərəliliyini artıracağını diqqətə çatdırıb.

Birləşmiş Ərəb Əmirliklərinin Milli Media Bürosunun və Media Şurasının sədri Şeyx Abdulla bin Məhəmməd bin Butti Al Hamed BƏƏ-də media siyasətinin prioritet istiqamətləri, rəqəmsal transformasiya və beynəlxalq media əməkdaşlığı çərçivəsində reallaşdırılan təşəbbüslər barədə məlumat verib. O, Azərbaycan ilə media və kommunikasiya sahəsində əlaqələrin inkişafını yüksək qiymətləndirərək, qurulan əməkdaşlığın hər iki ölkə üçün yeni imkanlar açacağını bildirib.

Görüşdə informasiya və təcrübə mübadiləsi, qarşılıqlı maraq doğuran təşəbbüs və layihələr üzrə əməkdaşlıq, görüşlərin, seminarların, təlimlərin və konfransların təşkili məsələləri müzakirə olunub.

SON XƏBƏRLƏR

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

BÜTÜN XƏBƏRLƏR