FHN-in əməkdaşları yarışlarda yüksək nəticələr əldə ediblər

28-29 noyabr 2025-ci il tarixlərində Daxili İşlər Nazirliyinin təşkilatçılığı, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə DİN-in İdman Cəmiyyətində dövlət qurumlarının xüsusi rütbəli əməkdaşları arasında “Antiterror əməliyyatı” şəhidlərinin xatirəsinə həsr olunmuş cüdo üzrə açıq çempionat keçirilib.

Yarışda 11 dövlət qurumundan 65-ə yaxın əməkdaş iştirak edərək əzmkar mübarizə aparıblar.

Yarışda iştirak edən FHN-nin kişilərdən ibarət cüdo üzrə komandasının üzvləri İdman-sağlamlıq klubunun əməkdaşı mayor Fərid Ağakişiyevin rəhbərliyi altında yüksək nəticələr əldə ediblər. Belə ki, 60kq çəki dərəcəsində Sumqayıt Regional Mərkəzinin əməkdaşı baş çavuş Ozal Dünyamaılyev, 66kq çəki dərəcəsində Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı baş çavuş Mir Elturan Seyidi və 73kq çəki dərəcəsində Mülki müdafiə qoşunlarının əməkdaşı baş leytenant Etibar Kərimov gümüş medallara sahib çıxıblar. Qaliblərə DİN-in təsis etdiyi medal və diplomlar təqdim edilib.

30 noyabr 2025-ci il tarixində Yevlax Olimpiya İdman Kompleksində Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə taekvondo idman növü üzrə uşaq, yeniyetmə və gənclər arasında “Odlar yurdu” kuboku keçirilib.

Yarışda respublikanın şəhər və rayonlarının müxtəlif idman klubları və cəmiyyətlərindən 16 komanda olmaqla 400-ə yaxın idmançı iştirak edərək öz qüvvələrini sınayıblar.

FHN-in taekvondo üzrə uşaqlardan ibarət komandasının üzvləri İdman-sağlamlıq klubunun əməkdaşı gizir Xəyalə Ağayevanın rəhbərliyi altında yüksək nəticələr əldə ediblər. Belə ki, 21kq çəki dərəcəsində Mədinə Əhmədova, 24kq çəki dərəcəsində Ayşən Mədətova və 27kq çəki dərəcəsində isə Rüqəyya Süleymanlı bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına sahib olublar.

Qaliblərə Azərbaycan Taekvondo Federasiyasının təsis etdiyi medal və diplomlar təqdim edilib.

2 dekabr 2025-ci il tarixində İdman-sağlamlıq klubunun rəisi Füzuli Musayev yarışlarda uğur qazanmış əməkdaşlar və idmançı üzvlərlə görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR