
Reklam
26 Noyabr 2025, 16:30
169
Ötən gün 17 Azərbaycan vətəndaşı Almaniyadan readmissiya edilib
“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində noyabrın 25-də Azərbaycan Respublikası vətəndaşı olan 17 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.
Bu barədə Gazette.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





