
Dövlət Komitəsinin nümayəndələri Ankara şəhərində səfərdədir
Müvafiq dövr ərzində görülmüş işlərin hesabatının təqdim edilməsi, eləcə də yeni Fəaliyyət Planının hazırlanması məqsədilə Dövlət Komitəsinin “Ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu”nun 2023–2025-ci illər üzrə Fəaliyyət Planı üzrə məsul şəxslərindən ibarət nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankara şəhərinə səfəri başlayıb.
Səfər çərçivəsində tərəflər ailə, qadın və uşaq siyasəti sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin gücləndirilməsi istiqamətində bir sıra görüşlər keçirir.
Səfərin ilk günündə iki ölkənin müvafiq qurumlarının iştirakı ilə hazırkı dövr üçün dəyərləndirmə iclası təşkil olunub.
İclasda Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında 25 oktyabr 2011-ci il tarixində imzalanmış “Ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu”nun 2023–2025-ci illər üzrə Fəaliyyət Planınının icrasına dair Hesabat təqdim olunub.
Qeyd olunub ki, Fəaliyyət Planı üzrə 3 il ərzində iki rəsmi səfər, eləcə də hər iki qurum rəhbərləri və müavinlər səviyyəsində TDT ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin iclası, COP29, BMT konfransları çərçivəsində 7-dən çox görüş keçirilib. Vurğulanıb ki, bu görüşlərdə əməkdaşlığın institusional səviyyədə gücləndirilməsi prioritet məsələlərdən olub.
İclas çərçivəsində həmçinin ötən dövr ərzində həyata keçirilən birgə layihələrdən danışılıb, eləcə də qarşılıqlı təşəbbüslərin nəticələri və əldə olunan irəliləyişlər müzakirə edilib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





