"Mediasiya strategiyaları: tərəflərlə kommunikasiya və razılaşma" mövzusunda təlim

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Femida könüllülərinin hüquq sahəsində peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirilən “Femida Akademiyası” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı 15 saylı Mediasiya Təşkilatının təsisçisi və direktoru, vəkil Qasım Şaliyev tərəfindən "Mediasiya strategiyaları: tərəflərlə kommunikasiya və razılaşma" mövzusuna həsr olunmuş təlim sessiyası baş tutub.

Təlim zamanı mediasiya prosesində neytrallığın və qərəzsizliyin qorunmasının, tərəflər arasında effektiv dialoqun qurulmasının və münaqişələrin konstruktiv üsullarla həll edilməsinin praktiki aspektlərini iştirakçıların diqqətinə çatdırıb. O, həmçinin  mediasiya qanunvericiliyinin tələblərinə uyğun olaraq mediasiya prosedurunun mərhələləri, mediatorun hüquq və vəzifələri, eləcə də tərəflərin hüquqi statusu barədə ətraflı izah verib.

Sessiya interaktiv müzakirələr, situasiya analizləri və real təcrübədən nümunələrlə davam edib. Femida könüllüləri müxtəlif konflikt situasiyalarında kommunikasiya strategiyalarının tətbiqi, emosiyaların idarə edilməsi və kompromis əldə etməyin hüquqi çərçivələri barədə biliklər qazanıblar.

Təlimin sonunda Femida könüllülərini maraqlandıran suallar cavablandırılıb, onlara gələcəkdə hüquq mütəxəssisi kimi peşəkar fəaliyyətlərində mediasiya institutundan daha səmərəli istifadə etmək üçün praktiki tövsiyələr verilib. 

1

1

1

1

1

1

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR