Tərtərin icra başçısı Mediasiya Şurası rəhbərliyini qəbul edib

Tərtər 1 saylı Mediasiya Təşkilatının  fəaliyyəti ilə yerində tanış olmaq, təşkilatın gördüyü işlər, qarşıda duran vəzifələrin yerində müzakirəsi məqsədi ilə Tərtərdə səfərdə olan Mediasiya Şurası rəhbərliyini Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov qəbul edib. 

Çıxışı zamanı Müstəqim Məmmədov cənab Prezident İlham Əliyevin apardığı islahatlara toxunaraq Qarabağ döyüşləri zamanı xüsusi qəhrəmanlığı ilə seçilən Tərtər şəhərində və rayonda görülən işləri diqqətə çatdırıb. Qeyd edib ki, istər Qarabağ müharibəsinədək, istərsə də müharibə zamanı və ondan sonra cənab Prezident hər zaman Tərtərə digər bütün bölgələrimizə olduğu kimi xüsusi diqqət və qayğı ilə yanaşıb.

Nadir Adilov isə səmimi qəbul üçün Tərtər Rayon İcra Hakimiyyəti başçısına dərin təşəkkür edib və qeyd edib ki, cənab Prezident İlham Əliyev tərəfindən imzalanan "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun icrası zamanı Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov başda olmaqla, rayonun bütün hüquq mühafizə orqanlarının, dövlət qurumlarının və ictimaiyyətin dəstəyini hiss etmişik. Nadir Adilov bu dəstəyə görə Mediasiya Şurası adından Müstəqim Məmmədova dərin təşəkkür edib.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR