“ASAN xidmət” kollektivi Zəfər Gününü qeyd edib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 8 Noyabr – Zəfər Günü ilə əlaqədar tədbir təşkil olunub.

Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in şəhid ailə üzvü, qazi, həmçinin müharibə veteranı olan əməkdaşları ilə görüşüb. 

Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ülvi Mehdiyev bildirib ki, biz xalqımızın ən qürurlu səhifələrindən biri olan Zəfər Gününün 5 illiyini böyük sevinc və fəxarətlə qeyd edirik. O vurğulayıb ki, beş il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi və rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində torpaqlarımız azad edildi, xalqımızın onilliklər boyu arzuladığı ədalət bərpa olundu. Həmçinin diqqətə çatdırılıb ki, bu Zəfər həm birliyimizin, həm də gücümüzün təntənəsidir və gələcək nəsillər üçün əbədi qürur mənbəyidir.

Şəhidlərimiz - Babək Ramaldanovun, İbrahim Sadıqlının və Nurlan Ağakişiyevin ataları Meyvəddin Ramaldanov, Şahin Sadıqov və Etibar Ağakişiyev bu günü  qürur və ehtiram hissi ilə qeyd etdiklərini vurğulayıblar. Onlar övladlarının Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını fəda edərək qəhrəmanlıq nümunəsi göstərdiklərini və igidliklərinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyiblər.

Vətən müharibəsi qəhrəmanları Mirdamət Bağıyev və Azər Abdullazadə döyüş meydanında göstərilən igidliyin və sədaqətin xalqımızın birliyini, Ordumuzun qüdrətini nümayiş etdirdiyini ifadə ediblər.  Onlar diqqətə çatdırıblar ki, bu Qələbə şəhidlərimizin qanı, əsgər və zabitlərimizin fədakarlığı ilə qazanılmış şanlı tarixdir.

Tədbirdə Zəfər Günü ilə bağlı videoçarx nümayiş etdirilib və tanınmış incəsənət xadimlərinin iştirakı ilə vətənpərvərlik mövzusunda ifalar səsləndirilib.

Xatırladaq ki, "ASAN xidmət"də ümumilikdə 300-ə yaxın şəhid və müharibə veteranı ailə üzvü, müharibə veteranı statusuna malik əməkdaş çalışır.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR