"Heydər Əliyev mühazirələri"nin növbəti qonağı Vətən Müharibəsi Qəhrəmanı olub

Bakı Dövlət Universiteti (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində Milli Müdafiə Universitetinin tərkibində Təlim və Tədris Mərkəzinin rəisi, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanovla görüş keçirilib.

Giriş nitqi ilə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin simvoluna çevrilmiş tarixi şəxsiyyətdir. O qeyd edib ki, nadir idarəçilik bacarığı, liderlik keyfiyyətləri, fitri istedadı, dərin intellekti və yüksək vətənpərvərlik ruhu ilə Ulu Öndər müstəqil Azərbaycanın siyasi, iqtisadi, hüquqi və mədəni əsaslarını formalaşdırıb, ölkəmizin dünya miqyasında tanınmasına və inkişafına mühüm töhfə verib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında vurğulayıb ki, bu gün ölkəmizdə mövcud olan sabitlik və inkişafın, eləcə də Azərbaycanın qazandığı nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasi xətti dayanır. O, həmçinin bu gün gənclər üçün yaradılan geniş imkanlar, müasir təhsil şəraiti və dövlətin gənclərə göstərdiyi diqqətin Ulu Öndərin ideologiyasının uğurlu davamının bariz nümunəsi olduğunu vurğulayıb.
Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində müstəqil Azərbaycanın dövlət quruculuğunun əsas sütunlarından biri kimi güclü və peşəkar ordu formalaşdırılıb: “O, ordu quruculuğunu milli təhlükəsizliyin və dövlət müstəqilliyinin təminatçısı kimi qiymətləndirirdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan mühüm qərarlar, hərbi təhsil sisteminin yenidən qurulması və ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi Azərbaycanın müdafiə qabiliyyətini yüksəltdi. Prezident İlham Əliyev bu strateji xətti uğurla davam etdirərək Azərbaycan Ordusunu regionun ən qüdrətli silahlı qüvvələrindən birinə çevirdi. Onun rəhbərliyi ilə həyata keçirilən hərbi islahatlar, texnoloji modernləşmə və zabit heyətinin peşəkarlığının artırılması müasir ordu modelinin yaranmasına səbəb oldu. 2020-ci ildə əldə olunan möhtəşəm Zəfər, 2023-cü ilin antiterror tədbirləri bu siyasətin real nəticəsi və milli iradənin təntənəsi oldu.

Bu qələbələr Ümummilli Lider Heydər Əliyev məktəbinin və Prezident İlham Əliyev siyasətinin vəhdətinin ən parlaq təzahürüdür”.
Daha sonra qonaq tələbələrin suallarını cavablandırıb.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR