Qubadlı yeni inkişaf dövrünü yaşayır

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, 25 oktyabr Qubadlı Şəhəri Günüdür. Bu əlamətdar günün təsis olunması Qubadlı şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Oktyabrın 25-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 5 il ötür.

Strateji əhəmiyyəti ilə seçilən Qubadlı rayonunun işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsində Qələbə əldə olunması baxımından mühüm önəm kəsb edirdi. Qubadlı əməliyyatı İkinci Qarabağ döyüşlərinin ən gərgin döyüşlərindən olmuşdur. 2020-ci il oktyabrn 25-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz böyük qəhrəmanlıq və fədakarlıq nümayiş etdirərək Qubadlı şəhərini və ətrafda yerləşən kəndləri işqaldan azad etmişdir. Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı.

Bu gün Qubadlı yeni inkişaf dövrünü yaşayır. Qubadlı şəhəri və işğaldan azad edilən 41 kənd yenidən qurulur. İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimizdə bərpa-quruculuq işləri sürətlə aparılır. Sevindirici haldır ki, görülən işlərə Prezident İlham Əliyev şəxsən nəzarət edir, tapşırıq və tövsiyələrini verir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayon və bölgələrə etdiyi hər bir səfəri bir tarixi hadisədir və bu səfərlər zamanı həmin bölgələrin inkişafının, tərəqqisinin təməli qoyulur. Prezident İlham Əliyevin işğaldan azad edilmiş digər ərazilərə olduğu kimi, Qubadlıya səfərləri də bir çox önəmli təməlqoyma və açılış tədbirləri ilə əlamətdar olması bir daha həmin rayon və bölgələrdə bərpa və yenidənqurma işlərinin böyük vüsətlə həyata keçirildiyindən xəbər verir.

Bu gün işğaldan azad edilmiş ərazilərdə görülən bütün işlər yalnız bir məqsəd naminə – keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına, dədə-baba yurdlarına qayıda bilmələri üçün həyata keçirilir. Ali Baş Komandan İlham Əliyev Qubadlıda rayon ictimaiyyəti ilə keçirdiyi görüşlərdə məhz hər bir yaşayış məntəqəsinin işğaldan azad edilməsinin tarixi hadisə olduğunu bildirib. Şəhidlərimizi hörmətlə yad edib. Azad edilmiş bütün şəhər və kəndlərimizdə bərpa işləri başa çatandan sonra onların adlarının məktəblərə və küçələrə veriləcəyini də nəzərə çatdırıb. 2020-ci il 23 dekabr tarixində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qubadlıda Azərbaycan bayrağını qaldırması qubadlılarla yanaşı, bütün Azərbaycan xalqının ümumi sevincinə səbəb oldu.

Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

Zəfər tariximizin ən qürurverici hadisələrindən olan Qubadlı zəfəri Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olaraq xalqımızın yaddaşında əbədi qalacaqdır.

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

SON XƏBƏRLƏR

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

BÜTÜN XƏBƏRLƏR