
Azərbaycan ilə Türkiyə arasında mediasiya sahəsində əməkdaşlıq genişlənir
23 oktyabr 2025-ci il tarixində Türk Dünyası Arabulucular Birliği, Mediasiya Şurası, Ankara Başkent Mediasiya Mərkəzi və Bakı 15 saylı Mediasiya təşkilatının təşkilatçılığı ilə vebinar keçirilib.
Gazette.az xəbər verir ki, vebinarda Mediasiya Şurasının İdarə Heyətinin üzvü Sima Yagub açılış nitqi ilə çıxış edərək mediasiya sahəsində iki ölkə arasındaki əməkdaşlığın möhkəmlənməsində bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıb.
Türk Dünyası Arabulucular Birliyinin baş katibi Yusuf Güzel çıxış edərək ilk dəfə bu formatda həyata keçirilən tədbirin iki ölkə arasında mediasiya sahəsindəki təcrübə paylaşımına xüsusi töhfə verəcəyini bildirib.
Bakı 15 saylı mediasiya təşkilatının direktoru Qasım Şaliyev Azərbaycan mediasiyasının yaranma tarixindən, mediasiya institutunun əhəmiyyətindən, mediator Aynur Huseyn Azərbaycanda ailə mediasiyasının üstünlüklərindən və öz təcrübəsindən, mediator Narvin Mahmudova isə Azərbaycanda ailə mediasiya prosesinin həyata keçirilməsi haqqında geniş izah verib.
Başkent Mediasiya Mərkəzinin üzvləri Pervin Yıldız və Nazlı Özlem Atmaca qardaş Türkiyədə ailə mediasiyası barədə həyata keçirilən işlər haqqında geniş məlumat veriblər.
Sonda Bakı 15 saylı mediasiya təşkilatının mediatorları iştirakçıların maraqlandığı mövzularda verilən sualları cavablandırıblar.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





