
Biləsuvarın icra başçısı Mediasiya Şurasının rəhbərliyini qəbul edib
Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, mediasiya təşkilatı rəhbərləri və mediatorlar Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Faiq Qürbətov ilə görüşüb.
Görüş zamanı Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Faiq Qürbətov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Mediasiya Şurasının fəaliyyəti və Biləsuvar rayonunda mediasiya təşkilatının fəaliyyətə başlaması təqdirəlayiq işdir.
Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətova səmimi qəbul üçün və Mediasiya Şurasının, Biləsuvar 1 saylı mediasiya təşkilatının fəaliyyətinə verdiyi dəstək üçün xüsusi təşəkkür edib. Nadir Adilov mediasiya sahəsində görülən işlər barədə Faiq Qürbətova məlumat verib. O qeyd edib ki, bütün mediasiya təşkilatlarının rəhbərlərinə tövsiyə edilib ki, işlərini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasətə uyğun olaraq yerli icra hakimiyyətləri və yerli qurumlarla əlaqələndirilmiş əməkdaşlıq şəraitində qursunlar. Bu əməkdaşlıq ümumi dövlət siyasətinin həyata keçirilməsi üçün çox zəruridir.
Görüş çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xüsusi hazırlanmış xalça portreti Biləsuvar Rayon İcra Hakimiyyətinə ümummilli liderin xatirisinə ehtiram və hörmət əlaməti olaraq hədiyyə edilib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





