
“ABAD” və“Sahibkarlığın İnkişafı Şirkəti” arasında görüş keçirilib
9 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ABAD” publik hüquqi şəxs və Özbəkistanın “Sahibkarlığın İnkişafı Şirkəti” Səhmdar Cəmiyyəti arasında qarşı tərəfin təşəbbüsü ilə ikitərəfli görüş keçirilib.
Görüşdə “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev, Özbəkistanın Sahibkarlığın İnkişafı Şirkətinin direktoru Abbasxon Maxamatov və hər iki qurumun rəsmi nümayəndə heyəti iştirak edib.
Görüşün məqsədi qurumlar arasında qarşılıqlı tanışlıq, fəaliyyət sahələri üzrə məlumat mübadiləsi aparmaq və əməkdaşlıq potensialını ümumi şəkildə dəyərləndirmək olub.
Görüş çərçivəsində tərəflər təqdimatlarla çıxış edərək fəaliyyət istiqamətləri, layihələr və sosial-iqtisadi təşəbbüslər barədə məlumat veriblər. Tərəflər mikro, kiçik və orta sahibkarlığın inkişafı, ailə bizneslərinin dəstəklənməsi, innovativ yanaşmalar və sosial təşəbbüslərin təşviqi sahəsində təcrübələrini bölüşüblər. Şirkətin direktoru Abbasxon Maxamatov “ABAD”ın fəaliyyətini yüksək dəyərləndirərək onun sosial-iqtisadi inkişaf sahəsində təqdirəlayiq nümunə olduğunu vurğulayıb.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





