Mətbuat Şurasının üzvləriAİPCE-nin illik toplantısına qatılıblar

Monteneqronun Budva şəhərində Avropa Müstəqil Mətbuat Şuraları Alyansının (AİPCE) 26-cı illik toplantısı keçirilib. “Monteneqro  mediasının özünütənzimləmə Şurası”nın evsahibliyini etdiyi tədbirə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri - Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərli və Yadigar Məmmədli qatılıb.

“Mətbuat şuralarının gələcəyi” devizi ilə keçirilmiş toplantı AİPCE-yə üzv təşkilatların illik hesabatlarının təqdimatı ilə başlayıb. Təşkilati məsələlərə baxılarkən, ilk  növbədə, növbəti bir il üçün AİPCE-nin fəaliyyətini koordinasiya edəcək katiblik formalaşdırılıb. Həmçinin, quruma “müşahidəçi üzv” statusu almaq üçün müraciət ünvanlamış yeni təşkilatlar ətrafında müzakirə aparılıb.

Tədbirdə “Rəqəmsal dövrdə mətbuat şuralarının rolu”, “Müharibə şəraitində və təzyiqlər dövründə  medianın özünütənzimləmə prinsipləri”, “Yeni şərtlər Etika Kodeksinin dəyişməsini tələb edirmi?”, “Etik kodekslə  hüquqi tələblərin toqquşduğu şəraitdə şikayətlərin baxılması qaydası” mövzuları müzakirəyə çıxarılıb. 

Bununla yanaşı, toplantı çərçivəsində müasir media tendensiyalarına da xüsusi diqqət yetirilib. Bu baxımdan “Media sektorunda son trendlər”, “Süni intellektin  jurnalistikaya təsirləri”,  “ChatGPT, DeepSeek, Google Search və müəllif hüquqları” kimi mövzular üzrə panel sessiyalar təşkil edilib. 

Qeyd edək ki, Avropa Müstəqil Mətbuat Şuraları Alyansı (AİPCE) Avropa dövlətlərində fəaliyyət göstərən mətbuat şuralarının koordinasiyasını həyata keçirən beynəlxalq təşkilatdır. 2024-cü ildən etibarən başqa qitələrdə fəaliyyət göstərən mətbuat şuralarının da AİPCE-də müşahidəçi üzv statusunda iştirakına qərar verilib. Azərbaycan Mətbuat Şurası isə uzun illərdir AİPCE-nin tam hüquqlu üzvüdür və onunla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. 

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR