Neftçalada Anım Günü qeyd olundu

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli Sərəncamına müvafiq olaraq hər il sentyabr ayının 27-i Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi ilə əlaqədar olaraq Neftçala rayonunda  Anım Günü qeyd olunub.

"27 sentyabr Anım Günü"nün beşinci ildönümünə həsr edilmiş ümumrayon tədbirində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının,  idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.

İlk öncə tədbir iştirakçıları tərəfindən Neftçala şəhərindəki Şəhidlər Xiyabanındakı şəhidlərin məzarı və Neftçala şəhərinin mərkəzindəki Şəhidlər Xatirə Kompleksi ziyarət olunub, şəhidlərimizin ruhuna dualar oxunub, tər gül dəstələri düzülüb, şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib və təşkil olunan rəsm sərgisinə baxış keçirilib.

 

Neftçala rayon Heydər Əliyev Mərkəzində Neftçala Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon üzrə nümayəndəliyinin təşkilatçılığı ilə Anım Gününə həsr edilmiş ümumrayon tədbirində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Neftçala RİH-in başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, torpaqlarımızın işğaldan azad olunması Azərbaycan ordusunun misilsiz fədakarlığı, yüksək peşəkarlığı və əzmi nəticəsində mümkün olub. Vətən müharibəsi xalqımızın qurtuluş savaşı oldu. Bu müharibədə Azərbaycan əsgəri dünya hərb tarixinə qəhrəmanlıq nümunəsi yazdı.O, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev və ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğını diqqətə çatdıraraq vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan bütün qəhrəmanlarımız daim xalqımızın qəlbində yaşayacaq. 27 sentyabr Anım Gününün xalqımız üçün milli birlik rəmzi olduğunu qeyd edən RİH-nin başçısı həmçinin çıxışında vətənpərvərlik ruhunun gənc nəsillərə ötürülməsinin vacibliyini, milli həmrəyliyin və birliyin xalqımızın qüdrətinin əsas dayağı olduğunu diqqətə çatdırıb, müqəddəs şəhidlərimizin canlarını fəda etdikləri torpaqlarda aparılan böyük quruculuq işlərindən bəhs edib.

 

Tədbirdə Vətən müharibəsi şəhidi Maarif Əliyevin anası Sevda Əliyeva, Vətən müharibəsi şəhidi Əsəd Əsədovun qardaşı, Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elsevər Əsədov, II qrup Vətən müharibəsi əlili Yusif Abdullayev, YAP Neftçala rayon təşkilatının məsləhətçisi Fərhad Baxışov çıxış edərək Vətən uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsinin daim hörmət və ehtiramla yad olunacağını qeyd ediblər. Onlar bildiriblər ki, 27 sentyabr xalqımızın qəhrəmanlıq salnaməsinə yazılmış şanlı bir tarix olmaqla yanaşı, şəhidlərin fədakarlığının gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Torpaqlarımızın işğaldan azad edilməsi zamanı hərbçilərimizin keçdikləri şərəfli döyüş yolundan bəhs edən çıxışçılar, həmçinin, ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

 

Tədbir çərçivəsində vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib, şeirlər ifa olunub və ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

 

Saat 12:00-da Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

1

1

1

1

1

1

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR