Növbəti 28 milli standart hazırlanaraq təsdiq edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində” standartlaşdırma (AZSTAND/TK21) üzrə Texniki Komitənin fəaliyyət planına əsasən əməyin mühafizəsi üzrə növbəti 28 milli standart hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiq edilib. Sözügedən standartlar sağlamlıq, təhlükəsizlik, idarəetmə və texniki səmərəlilik tələblərini əhatə edir.

Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının tələblərinə uyğun hazırlanan standartlar:

Fərdi mühafizə vasitələri (xilasedici kəmərlər, xilasedici jiletlər, üzmə qabiliyyətinə malik vasitələr, yanğınsöndürən geyimləri, kimyəvi və alovdan qoruyucu geyimlər, göz və üz qoruyucular, vibrasiya əleyhinə əlcəklər), maşın və avadanlıqlar üzrə təhlükəsizlik (traktorların aşmaya qarşı konstruksiyaları, torpaq işləri aparan maşınlarda görmə sahəsi), eləcə də insan resurslarının idarə olunması (idarəetmə göstəriciləri, işçi qüvvəsinin əlçatanlığı, işə qəbul keyfiyyəti, təşkilati mədəniyyət) üzrə texniki tələbləri və sınaq üsullarını əhatə edir.
Bu standartların tətbiqi iş yerlərində işçilərə fərdi mühafizə vasitələrinin düzgün təmin olunması, iş şəraitinin təhlükəsizliyinin artırılması və beynəlxalq təcrübəyə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Dövlət Əmək Müfəttişliyi Xidməti ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Həmkarlar İttifaqları Konfederasiyasının təmsil olunduğu Texniki Komitə tərəfindən əmək sahəsi üzrə standartların hazırlanması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, əməyin mühafizəsi sahəsində 2025-ci il üzrə hazırlanması planlaşdırılan 111 standartdan 63-ü artıq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi qəbul olunub.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR