BDYPİ-dən sürücülərə – Müraciət

Yeni tədris prosesinin başlanması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Gazette.az xəbər verir ki, müraciətdə deyilir: “BDYPİ yeni tədris ilinin başlanması münasibətilə bütün şagirdləri, tələbələri, müəllimləri və valideynləri təbrik edir, hər kəsə uğurlar arzulayır. Tədris prosesinin başlanması ilə paytaxtın küçə və prospektlərində nəqliyyatın hərəkəti daha da intensivləşir. Bu, ilk növbədə məktəb və bağça ətrafında, eləcə də ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə özünü göstərir.

Belə şəraitdə həm sürücülərin, həm valideynlərin, həm də şagird və tələbələrin qaydalara ciddi əməl etməsi xüsusi əhəmiyyət daşıyır. Sürücülərdən xahiş olunur ki, zəruri olmadıqda şəxsi avtomobildən istifadə etməsinlər, ictimai nəqliyyata üstünlük versinlər, dayanma-durma qaydalarını pozmasınlar və təhsil müəssisələrinin yaxınlığında sürəti azaldaraq daha diqqətli olsunlar. Valideynlər uşaqları məktəbə gətirərkən kortej şəklində hərəkət etməməli, imkan daxilində eyni nəqliyyat vasitəsindən bir neçə şagirdin daşınması üçün istifadə etməli, avtomobilləri yalnız icazə verilən yerlərdə saxlamalıdırlar. Uşaqların avtomobildən düşməsi zamanı onların mütləq səkiyə yaxın qapıdan çıxmasına nəzarət edilməlidir. Piyadalar, o cümlədən şagird və tələbələr, yalnız nişanlanmış piyada keçidlərindən istifadə etməli, qəfil yola çıxmamalı, hərəkət zamanı isə diqqətlərini yayındıran amillərdən uzaq durmalıdırlar.

Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris prosesinin başlanması münasibətilə bütün təhsil ictimaiyyətini bir daha təbrik edir və xatırladır ki, yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışından asılıdır”.

SON XƏBƏRLƏR

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

BÜTÜN XƏBƏRLƏR